BAKI, 25 dekabr. TELEQRAF

2025-ci il ərzində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarda ümumilikdə 26 medal əldə ediblər.

Teleqraf-a Təhsil İnstitutundan verilən məlumata görə, şagirdlər 5 qızıl, 18 gümüş və 3 bürünc medal qazanıblar.

Beynəlxalq olimpiadalarda iştirakçı sayı 93 nəfər olub.