BAKI, 10 oktyabr. TELEQRAF

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevaya aid səs yazısı yayılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalan ifadə verməyə təhrik edir, amma müəllim buna razı olmadığını bildirirdi.