MİNGƏÇEVİR, 20 iyun. TELEQRAF
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəfat edib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tanınmış şair-publisist İsmayıl Səlim oğlu İmanzadə bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İsmayıl İmanzadə 1944-cü ildə Cəbrayıl rayonunda dünyaya gəlib. İşğal dövründə Mingəçevirdə məskunlaşıb. Çox sayda şeirlər kitabının müəllifidir.