BAKI, 30 sentyabr. TELEQRAF

XI Bakı Beynəlxalq kitab sərgisində 68 xarici şirkət təmsil olunacaq.

Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq kitab sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, sərgidə 123 yerli Azərbaycan şirkəti təmsil olunur:

“Eyni zamanda 23 ölkədən 68 xarici şirkət təmsil olunur. Bu ölkələr sırasında Türkiyə, Rusiya kimi böyük kitab bazarına malik dövlətlərin də olması məsələnin əhəmiyyətini bir daha göstərir".

Qeyd edək ki, bu il 1-7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq kitab sərgisi keçiriləcək.