Əfqanıstanın şimal-şərqindəki şəhəri ələ keçirməyə cəhd göstərən “Taliban” terror qruplaşmasının 49 yaraqlısı öldürülüb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, “Taliban”ın yaraqlıları aprelin 15-də bir daha 2015-ci ilin oktyabr ayında bir neçə gün ələ keçirdiklıəri Kunduz şəhərinə nəzarəti yenidən bərpa etmək istəyiblər.

Döyüşlərdə 53 nəfər yaralanıb. Ancaq hərbçilər və dinc əhali arasında ölənlərin olub-olmadığı haqda məlumat verilmir.