SUMQAYIT, 10 noyabr. TELEQRAF

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törədən 50 yaşlı kişi saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

***

13:41

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.

2002-ci il təvəllüdlü Əli Mahmudovun tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.