BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə əldə olunmuş saziş çərçivəsində neft hasilatının artırılması layihəsinə 8,4 milyard dollar ayrılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə D. Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“Cənubi Koreya ilə saziş getdikcə daha da yaxşılaşır. Neft hasilatının artırılması layihəsinə 8,4 milyard dollar ayrılır. Daha çox neft və qaz hasilatı ABŞ-nin enerji sahəsindəki üstünlüyünü və gələcəkdə qlobal enerji təhlükəsizliyini təmin edəcək”, – deyə dövlət başçısı vurğulayıb.