BAKI, 2 oktyabr. TELEQRAF

2026-cı ildə Çinə tədarük edilən Rusiya qazının qiyməti 3%, 2027-ci ildə isə 1,4% arta bilər. 2028-2029-cu illərdə isə qiymətin cari ilin səviyyəsinə qayıdacağı gözlənilir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın 2027-2029-cu illər üzrə federal büdcə layihəsinə dair materiallarda əksini tapıb.

Baza proqnozuna əsasən, 2026-cı ildə Çinə tədarük edilən qazın 1 000 kubmetrinin qiyməti 247,9 dollar təşkil edəcək. Bu, 2025-ci ildəki 240,3 dollarla müqayisədə 3,2% çoxdur. 2027-ci ildə qiymətin 251,3 dollara yüksələcəyi, 2028-ci ildə 247,8 dollara, 2029-cu ildə isə 246,4 dollara enəcəyi proqnozlaşdırılır.

Konservativ proqnoza əsasən isə qiymət daha aşağı olacaq. Belə ki, 2027-ci ildə Çinə tədarük edilən qazın 1 000 kubmetrinin qiyməti 239,2 dollar, 2028-ci ildə 235,8 dollar, 2029-cu ildə isə 234,7 dollar təşkil edə bilər.

Qeyd edək ki, 2025-ci ildə “Qazprom” Çinə ən böyük qaz ixracatçısı olub. “Sibirin gücü” qaz kəməri ilə tədarükün həcmi 38,8 milyard kubmetr təşkil edib ki, bu da ilkin müqavilə öhdəliklərindən 800 milyon kubmetr çoxdur.