BAKI, 2 oktyabr. TELEQRAF
“TRIPP (“Tramp marşrutu”) layihəsi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi yaradacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Həmçinin layihə Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyasına imkan verəcək və Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsi yaratmaq üçün fürsət yaradacaq. Bu, nəqliyyat əlaqələri sahəsində əhəmiyyətli hadisə olacaq və Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün dəyişikliklər gətirəcək”, - hökumət başçısı əlavə edib.