BAKI, 1 oktyabr. TELEQRAF
Ukrayna silahlı qüvvələri ilk dəfə olaraq Rusiya qoşunlarına “FP-7” ballistik raketindən zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində məlumat verib. "Ukrayna taktiki ballistikası olan “FP-7”ni ilk döyüş istifadəsinə verilib. Nəticəyə görə təşəkkür edirəm", - deyə Prezident yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna bu cür raketlərin istehsalını davam etdirəcək.
Xatırladaq ki, "Fire Point" şirkətinin "FP-7" raketi 2025-ci ildə təqdim edilib və 2026-cı ilin fevralında raketin yerüstü platformadan sınaq buraxılışı olub.
"FP-72 200 km-ə qədər məsafədəki yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub. Raket 150 kq-a qədər ağırlığında döyüş başlığı daşıya bilir və iddia edilən dəqiqlik 14 metrə qədərdir. Maksimum sürət 1500 m/s, uçuş hündürlüyü isə 65 km-ə qədərdir.
Sentyabr ayında "Fire Point2 şirkəti "FP-7"nin hərbi sınaqlara başladığını bildirib. Şirkətin baş direktoru İrina Terekin sözlərinə görə, raket indiyə qədər iki ilkin sınaq mərhələsindən - yerüstü və laboratoriya sınaqlarından, eləcə də uçuş sınaqlarından keçib.