BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropadakı vəziyyətin son dərəcə ağır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp oktyabrın 1-də Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı Avropada baş verənlərə diqqət yetirməyə çağırıb.

“Avropada baş verənlərə baxın. Onları sözün əsl mənasında diri-diri yeyirlər”, - ABŞ lideri deyib.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Diplomatiya Akademiyasının baş elmi əməkdaşı Vadim Kozyulin ABŞ və Avropanın NATO-nun prioritetləri ilə bağlı fikir ayrılıqlarının alyans daxilində parçalanmanı gücləndirdiyini bildirib.