BAKI, 1 oktyabr. TELEQRAF
Fransanı sarsıdan şagird etirazları Belçikaya da yayılıb.
Teleqraf xəbər verir ki, cümə axşamı günü Lyejdəki (cənub-şərqi Belçika) beş kollecdə şagird iğtişaşları başlayıb. Şagirdlər zibil qutularını yandırıb, bir neçə binanın fasadına zərər vurub və pəncərələri sındırıblar.
Məktəblilər hadisə yerinə gələn polisə fişəng və yumurta atsalar da, polis heç bir tədbir görməyib. Məktəblərdəki iğtişaşlar dərs günü ərzində davam edib və nahardan sonra tədricən sakitləşib, etirazçılar dağılışıblar.
Eyni zamanda, Belçikanın cənubundakı digər böyük şəhər olan Namurda, eləcə də Lyejdə dinc etirazlar keçirilib, məktəblilər təhsil müəssisələrinin qarşısında piket keçiriblər. Müəllimlər də dinc etirazlara qoşulublar.
Bildirilir ki, Belçikada etirazçılar Fransadakı aksiyalardan təsirlənərək ayağa qalxıblar.
Etirazlara səbəb müəllimlərin iş yükünü artması, maaşlarının azalması ilə nəticələnən təhsil islahatları olub.