BAKI, 2 oktyabr. TELEQRAF
Yeni Azərbaycan Partiyasının (YAP)bu gün keçirilən VIII Qurultayı partiyanın təşkilati strukturu ilə bağlı bir sıra mühüm qərarlarla yadda qalıb.
Teleqraf xəbər verir ki, hakim partiyanın Nizamnaməsində bir sıra dəyişikliklər edilib. Bu yeniliklərdən biri YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. Əvvəlki Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti beş il idi və müddət başa çatdıqdan sonra sədr yenidən qurultay tərəfindən seçilə bilərdi.
Bugünkü qurultayda bu beşillik müddət məhdudiyyətinin Nizamnamədən çıxarılması təklif edilib və dəyişiklik qəbul olunub.
Beləliklə, yeni qaydaya əsasən YAP sədrinin səlahiyyətləri artıq əvvəlcədən müəyyən edilmiş beşillik müddətlə məhdudlaşdırılmır. Bu dəyişiklik qurultayın təşkilati baxımdan ən mühüm qərarlarından biri hesab olunur.