BAKI, 2 oktyabr. TELEQRAF
Qazaxıstan Avrasiya İqtisadi İttifaqında (Aİİ) sənaye əməkdaşlığının gücləndirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
O, ittifaq ölkələrini birgə layihələrin daha fəal həyata keçirilməsinə, yeni istehsal zəncirlərinin yaradılmasına və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına çağırıb:
“Aİİ-də sənaye istehsalının həcmi ilin ilk yarısında 938,6 milyard dollara çatıb. Bu dövrdə artım 0,7 faiz təşkil edib”.
O. Bektenov sənaye sahəsində artım dinamikasının mülayim olaraq qaldığını vurğulayıb.