BAKI, 2 oktyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" komandası "Turan Tovuz"la keçiriləcək yoldaşlıq oyunu üçün Bakıya gəlib.

Teleqraf xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.