BAKI, 2 oktyabr. TELEQRAF

Ukrayna hökuməti Rusiya ilə münaqişə nəticəsində ölkəyə dəymiş ümumi zərərin 600 milyard dollardan çox olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Macarıstandakı səfiri Fyodor Şandor Macarıstanın InfoRadio radiostansiyasına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, sənaye obyektlərinə 60 milyard dollardan çox, nəqliyyat infrastrukturuna təxminən 96 milyard dollar zərər dəyib. Enerji sektorunda itkilərin isə 100 milyard dolları keçdiyi bildirilir.

“Ümumi zərərin məbləği 600 milyard dolları ötür. Təəssüf ki, bu rəqəmlər hər gün artır”, – Şandor qeyd edib.

Səfir həmçinin Ukraynanın hərbi əməliyyatları davam etdirmək imkanında olduğunu iddia edib.