BAKI, 2 oktyabr. TELEQRAF
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib.
Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir.
Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq.
Messi Argentina millisində 207 oyun keçirib və 125 qol, 68 məhsuldar ötürmə ilə yadda qalıb.
Ulduz futbolçu milli komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə isə Finalissima çempionu olub.