BAKI, 2 oktyabr. TELEQRAF

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.

Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.

İndiyə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb.

Qeyd edək ki, sertifikasiyanın müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.