BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin ehtiyatlarında olan dizel yanacağının əhəmiyyətli hissəsinin istifadəyə buraxılması barədə razılığa gəldiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Amerika lideri "Truth Social"da yazıb: "Avropa indicə özünün böyük ehtiyatlarından külli miqdarda dizel yanacağı buraxmağa razılaşıb. Bu, dərhal başlayacaq".

Tramp əlavə heç bir detal açıqlamayıb.