BAKI, 27 sentyabr. TELEQRAF

Azərbaycan və Litva milli futbol komandaları bu gün UEFA Millətlər Liqasında qarşılaşacaq.

Teleqraf xəbər verir ki, D Liqasının II qrupunda mübarizə aparan komandalar sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Darius və Girenas” stadionunda üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüşü Kiprdən olan baş hakim Menelaos Antoniou idarə edəcək.

Qarşılaşma CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.