BAKI, 26 sentyabr. TELEQRAF
Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərinin xaricə daşınması ilə bağlı Rusiyaya müraciət etməyib. Bu, Moskvanın razılığı olmadan mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, Rusiyaya belə bir müraciət daxil olmayıb.
Lavrov izah edib ki, S-400 sistemləri son istifadəçi sertifikatına tam uyğunluğun təmin edilməsini nəzərdə tutan müqavilə çərçivəsində təhvil verilib: "Onlar çox yaxşı bilirlər ki, əgər bu sistemləri öz sərhədlərindən kənara çıxarmaq istəsələr, bunu bizim rəsmi razılığımız olmadan edə bilməzlər".
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya S-400 hava hücumundan müdafiə sistemləri alıb.