BAKI, 27 sentyabr. TELEQRAF
Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.
Teleqraf xəbər verir ki, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhər sakinləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edirlər.
Ziyarətçilər şəhidlərin məzarları önünə əklillər qoyur və onların xatirəsini yad edirlər.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada törətdiyi növbəti irimiqyaslı təxribatların, hərbi aktivliyin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rəşadətli Azərbaycan Ordusu əks-həmlə əməliyyatına start verib.
Ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə endirilən düşmən zərbələrinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan bu əks-hücum sonradan "Dəmir yumruq" adını alaraq Zəfərlə yekunlaşan Vətən müharibəsinə çevrilib.