BAKI, 27 sentyabr. TELEQRAF
27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb.
Teleqraf xəbər verir ki, günün ilk saatlarından etibarən vətəndaşlar parkı ziyarət edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində 44 gün ərzində Azərbaycan torpaqları işğaldan azad edilib.