BAKI, 27 sentyabr. TELEQRAF

Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün, Anım Günündə ərazi bütövlüyü və suverenlik uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığına dərin hörmətimizi bildirir və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiririk".