BAKI, 26 sentyabr. TELEQRAF

"Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın Avropa ilə müharibə etmək niyyətində olmadığını bildirib".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz mövqeyimizi dəfələrlə bildirmişik, ona görə də heç nə əlavə edə bilmərəm. Prezident Putin özü də bunu bildirib. O, bunu əvvəllər də bildirib və düşünürəm ki, bu yaxınlarda Sankt-Peterburqda Avropa ilə müharibə etmək niyyətimizin olmadığı mövqeyini təkrarladı - bu, cəfəngiyatdır və mənasızdır", - nazir bildirib.