BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Teleqraf xəbər verir ki, səfirliyin “X” hesabında edilən paylaşımda deyilir:
"27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik.
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik.
Şəhidlərimizin ruhu şad olsun, Azərbaycan xalqının başı sağ olsun".
27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik.
— Türkiye in Azerbaijan (@TC_BakuBE) September 27, 2026
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və… pic.twitter.com/7gw9G5ktbg