BAKI, 27 sentyabr. TELEQRAF
Azərbaycandakı dini konfessiyaların nümayəndələri 27 Sentyabr - Anım Gününü qeyd ediblər.
Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri Bakıdakı Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dini konfessiya rəhbərləri öz etiqad və ayinlərinə uyğun olaraq Vətən müharibəsi qəhrəmanlarının ruhlarına dualar oxuyublar.