BAKI, 20 sentyabr. TELEQRAF
Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının ölkə ərazisinə endirdiyi çoxsaylı hava zərbələri nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə husilərin “Telegram” kanalında məlumat yayılıb.
Məlumata görə, hava hücumları nəticəsində mülki infrastruktur obyektləri də dağılıb. Husilər iddia ediblər ki, Səudiyyə Ərəbistanı son bir neçə həftə ərzində Yəmənin şimal və mərkəzi rayonlarına 732 hava zərbəsi endirib.
Hücumlarda F-15 və “Typhoon” qırıcılarından istifadə olunduğu, onların “Xamis Muşayt” və “Taif” aviabazalarından havaya qalxdığı bildirilib.
Qeyd edək ki, CNN daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanının husilərin qarşısının alınması ilə bağlı konkret plan hazırlamadığını yazıb. Telekanalın məlumatına görə, Vaşinqton husilərə qarşı ABŞ hərbçilərini cəlb etməyi planlaşdırmır və Ər-Riyadın fəaliyyətinə ümid edir.