BAKI, 20 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına çalışdığı və qarşıdakı BMT Baş Assambleyasındakı çıxışında sülh təşəbbüslərindən danışacağı bildirilib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Breitbart News” portalına müsahibəsində deyib.

Uoltsun sözlərinə görə, Tramp Avropada ən böyük quru müharibəsinə son qoymağa çalışır. Diplomat bildirib ki, ABŞ Prezidenti BMT Baş Assambleyasındakı qarşıdakı çıxışında suverenlik, son bir il ərzində əldə olunmasına kömək etdiyi sülh razılaşmaları və üzərində iş aparılan digər razılaşmalar barədə danışacaq.

Onun sözlərinə görə, Tramp çıxışında həmçinin İranın nüvə proqramı, süni intellekt və bu sahənin tənzimlənməsində dövlətin rolu məsələlərinə toxunacaq.