Moskvaya doğru uçan dörd PUA Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Teleqraf xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Sobyaninin sözlərinə görə, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə təcili yardım xidmətlərin əməkdaşları işləyir. O, hadisə ilə bağlı digər təfərrüatı açıqlamayıb.

Moskva merinin daha əvvəl verdiyi məlumata görə, sentyabrın 12-dən 19-dək Moskva vilayəti istiqamətində 2022 pilotsuz uçuş aparatı hərəkət edib. Onlardan 186-sının Moskva yaxınlığında, əksəriyyətinin isə daha uzaq məsafədə məhv edildiyi bildirilib.