BAKI, 20 sentyabr. TELEQRAF

Finlandiyanın sifariş etdiyi F-35 qırıcılarından biri ABŞ-dən ölkəyə gətirilməsi zamanı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Yle” Finlandiya Hərbi Hava Qüvvələrinin qərargah rəisi Aki Puustinenə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təyyarənin mühərriki işə salınarkən bort diaqnostika sistemi elektron sistemlərdə mümkün nasazlıq barədə xəbərdarlıq edib.

ABŞ-dən Finlandiyaya yola düşən qrupda Finlandiya və Belçikaya məxsus ümumilikdə altı F-35 qırıcısı olub. Təyyarələrin Azor adalarında aralıq eniş etməsi planlaşdırılıb. Nəticədə Finlandiyaya üç təyyarə əvəzinə yalnız iki Finlandiya F-35-i çatıb.