Çilinin sabiq prezidenti və BMT-nin keçmiş insan hüquqları üzrə ali komissarı Mişel Baçele BMT baş katibi vəzifəsinə namizədliyini geri götürdüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, Baçele bu barədə “Instagram”da yayımladığı video müraciətdə bildirib.

O, namizədliyinin irəli sürülməsinə və dəstəklənməsinə görə Braziliya Prezidenti Luis İnasio Lula da Silva və Meksika Prezidenti Klaudiya Şeynbauma təşəkkür edib.

Baçele qeyd edib ki, BMT baş katibi vəzifəsi uğrunda mübarizəni davam etdirməmək qərarına gəlib. O, namizədliyinin irəli sürülməsinin Latın Amerikasından bir qadının növbəti BMT baş katibi olması ideyasının beynəlxalq müzakirələrdə gündəmə gəlməsinə töhfə verdiyini bildirib.