BAKI, 20 sentyabr. TELEQRAF

Tehran ABŞ-lə istənilən danışıqların başlanması üçün Vaşinqtonun yerinə yetirməli olduğu yeddi şərti qarşı tərəfə təqdim edib.

Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “X” sosial şəbəkəsində açıqlayıb.

Rzayinin sözlərinə görə, İran ABŞ hökumətinə danışıqlara başlamaq üçün yeddi şərtdən ibarət mesaj göndərib. O bildirib ki, Vaşinqton yaranmış vəziyyətdən çıxmaq istəyirsə, İranın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur.

İran rəsmisi sözügedən yeddi şərtin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Rzayi daha əvvəl “Al Jazeera” telekanalına müsahibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı şərtlərin Qətərin vasitəçiliyi ilə ABŞ-a çatdırıldığını bildirib.