BAKI, 20 sentyabr. TELEQRAF
Niderlandın miqrasiya siyasətinə qarşı çıxan nümayişçilər Haaqada iğtişaşlar törədiblər. Polislə toqquşmalar qeydə alınıb.
Teleqraf xəbər verir ki, aksiyada polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atılıb.
Hadisə yerinə cəlb edilən xüsusi təyinatlı qüvvələr və atlı polislər aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq ediblər.
Niderland polisi aqressiv nümayişçilərdən 24 nəfəri saxlayıb. Haaqanın bir hissəsində fövqəladə rejim tətbiq edilib.