BAKI, 20 sentyabr. TELEQRAF
Danimarka Ukraynaya təxminən 275 milyon dollar dəyərində 31-ci hərbi yardım paketini təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, növbədənkənar yardım paketindən Ukraynanın payız-qış dövründə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün istifadə olunacaq.