BAKI, 14 sentyabr. TELEQRAF
Ukrayna və Rusiya enerji obyektlərinə qarşılıqlı olaraq zərbələr endirməmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.
"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb. Rusiya da eyni addımı atmağa razılaşıb! Dünyada dizel yanacağının qiymətinin artmasına İran yox, Rusiya-Ukrayna müharibəsi səbəb olub", - Tramp qeyd edib.