BAKI, 14 sentyabr. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-dən 25-dək Nyu-Yorkda səfərdə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu səfər çərçivəsində BMT Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.