BAKI, 14 sentyabr. TELEQRAF
Ukrayna münaqişəsinin nizamlanması üçün hazırda real imkan yaranıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından respublikaçı üzvü Anna Paulina Luna “X” hesabında bildirib.
“Ukraynadakı münaqişə başa çatmalıdır. Bu administrasiyaya qədər münaqişənin həlli istiqamətində heç bir səy göstərilməyib. İndi bizim şansımız var və sülhün əldə olunmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - Luna qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Ertəsi gün onlar Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar.
Sentyabrın 8-də isə Putinlə Tramp arasında telefon danışığı olub.