ABŞ Prezidenti Donald Tramp İranın tezliklə razılaşma əldə etmək istədiyini bildirib.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth” sosial platformasında yazıb.
“Uğursuz vəziyyətdə olan İran dövləti tez və ciddi şəkildə razılaşma əldə etmək istəyir. ABŞ-nin danışıqlara qoşulub-qoşulmayacağına mən qərar verəcəyəm. Biz belə bir ehtimalı nəzərdən keçirməyə hazırıq”, – deyə Tramp bildirib.