BAKI, 14 sentyabr. TELEQRAF

“SpaceX” şirkəti 2027-ci ildən “Nvidia”nın süni intellekt superkompüterlərini kosmosa çıxarmağa başlayacaq.

Teleqraf xəbər verir ki, bunu “SpaceX”in təsisçisi İlon Mask “X” sosial şəbəkəsində bildirib.

“Əminəm ki, “SpaceX” gələn il “Nvidia VR NLV72” süni intellekt kompüterlərini kosmosa çıxaracaq”, - Mask qeyd edib.

İlon Mask daha əvvəl bildirmişdi ki, yaxın üç il ərzində süni intellekt modelləri üçün hesablama güclərinin kosmosda yerləşdirilməsi Yer kürəsində yerləşdirilməsindən daha sərfəli olacaq.