BAKI, 12 sentyabr. TELEQRAF

Çinin sədri Si Cinpin gələn il BRICS-ə sədrlik edəcəyini və qrupun 19-cu zirvə görüşünü keçirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Çin lideri bu açıqlamanı BRICS liderlərinin 18-ci görüşünün birinci turunda verib .

Çinin sədrliyi "BRICS-də Çin ili" şüarı altında keçiriləcək. Si Cinpin Pekinin qarşıdan gələn sədrliyinə birgə baxış çağırışı edib.

Xatırladaq ki, bu il BRICS sammiti 12-13 sentyabrda Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək.