BAKI, 12 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında beşinci tur davam edir.

Teleqraf xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkir.