BAKI, 12 sentyabr. TELEQRAF
Yəmən hökumət qüvvələri ölkənin qərbindəki Moça şəhəri yaxınlığında hərbi texnikanı məhv edib və üsyançı Ənsar Allah (Husi) hərəkatının döyüşçülərinin cəmləşdiyi mövqelərə zərbələr endirib.
Teleqraf xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Məcid əl-Nazili bildirib.
Onun sözlərinə görə, hökumət qüvvələri Moça limanı yaxınlığında üsyançıların çoxlu sayda cəmləşməsini aradan qaldırıb və onların hərbi texnikasını və silahlarını məhv edib.
O həmçinin Moça-Zubab magistral yolu boyunca bir neçə Ənsar Allah döyüşçüsünün məhv edildiyini bildirib. Bundan əlavə, Yəmən hava qüvvələri Taiz şəhərinin şimalında silah, sursat, raket və hərbi texnika daşıyan onlarla yük maşınına zərbələr endirib.