BAKI, 12 sentyabr. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Vaşinqton arasında ticarət-iqtisadi əməkdaşlığın bərpasının hər iki tərəfə böyük fayda verəcəyini, lakin hazırda bunun üçün heç bir rəsmi mexanizmin olmadığını bəyan edib.
Bu barədə Teleqraf "İzvestiya" qəzetinə istinadla xəbər verir.
Kreml rəsmisi vurğulayıb ki, hazırda ABŞ şirkətləri səviyyəsində Rusiya bazarı ilə yenidən əməkdaşlıq etməyə çox böyük maraq müşahidə olunur. Bununla belə, Peskov əlavə edib ki, praktiki müstəvidə hələlik tərəflər arasında heç bir birgə mexanizm qurulmayıb və icra olunan hər hansı müştərək layihə mövcud deyil.