BAKI, 12 sentyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkiyan və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan Hindistan paytaxtında keçirilən BRICS sammiti çərçivəsində danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, liderlər Fars körfəzində gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.
Bildirilir ki, görüş zamanı tərəflər ortaq maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Qeyd olunur ki, İran prezidenti və vəliəhd regionda gərginliyin azaldılması və sabitliyin bərpası, eləcə də sülh və inkişaf üçün imkanların genişləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
BRICS sammiti 12 və 13 sentyabr tarixlərində Yeni Dehlidə keçirilir.