ABŞ ordusu İrana qarşı bllokadanın bir hissəsi olaraq 10 sentyabr tarixinə qədər 96 ticarət gəmisini yönləndirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
Komandanlığın açıqlamasında deyilir: "10 sentyabr tarixinə olan məlumata görə, ABŞ qüvvələri blokadaya tam riayət olunmasını təmin etmək üçün 96 kommersiya gəmisinin marşrutunu dəyişdirib".
Mərkəzi Komandanlıq əlavə edib ki, humanitar yardım daşıyan 50-dən çox gəminin tranzit üçün icazəsi verilib.
Komandanlıq həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadanın tətbiqində iştirak etdiyini bildirib. Xüsusilə, Mərkəzi Komandanlıq (CENTCOM) USS Rafael Peralta esminesinin göyərtəsindən MH-60R Sea Hawk helikopterinin qalxdığını göstərən görüntüləri yayımlayıb.