BAKI, 10 sentyabr. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbulda aparılacaq danışıqlarda konkret nəticə əldə olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Ö.Çelik müharibənin başa çatdırılması üçün İstanbulda danışıqlar masasının qurulmasının və prosesin konkret nəticə ilə yekunlaşmasının vacibliyini vurğulayıb: “Çıxılmaz durum tez başa çatmalı, İstanbulda keçiriləcək görüşdə konkret nəticəyə gəlinməsi zəruridir”.