BAKI, 10 sentyabr. TELEQRAF

Pentaqon İranın Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının obyektlərinə ciddi ziyan vurduğunu etiraf edib.

Teleqraf xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hanq Kao mətbuata açıqlamasında İranın zərbələrinin "Bəhreyni parça-parça etdiyini" deyib.

Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir və onun əməliyyat sahəsi Fars körfəzi, Qırmızı dəniz, Hind okeanının bəzi hissələri və bir sıra digər regional suları əhatə edir.

Kao həmçinin təsdiqləyib ki, zərbələr nəticəsində "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Bəhreyndə "enmə yeri" olmadan qalıb. "Military Times" əvvəllər ABŞ-İsrail əməliyyatında iştirak edən "Abraham Lincoln" gəmisindəki bir neçə hərbçinin intihara cəhd etdiyini bildirmişdi. Dənizçilərin emosional qeyri-sabitliyinin səbəbləri kimi həddindən artıq iş yükü və yorğunluq göstərilmişdi.

Kao deyib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Bəhreyndə dağıdılmış bazaları yenidən bərpa edib-etməyəcəyinə qərar verəcək.