BAKI, 10 sentyabr. TELEQRAF
BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da Yəməndəki vəziyyətlə bağlı iclas keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytında qeyd olunub.
Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında çağırılan iclasda BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq çıxış edəcək.
Səudiyyə Ərəbistanı və Yəmən də iclasda iştirak edəcəklər.
İclas "Ənsar Allah"dan olan husilər və Yəmən hökumət qüvvələri arasındakı eskalasiya, eləcə də 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə edilmiş barışıqdan sonra bərqərar olmuş nisbi sakitliyin ardınca qruplaşma döyüşçüləri tərəfindən Səudiyyə Ərəbistanı ərazisinə zərbələrin endirilməsi fonunda keçiriləcək.