BAKI, 5 sentyabr. TELEQRAF

Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv dövlətlər ABŞ-nin yaxın vaxtlarda məhkəməyə, onun əməkdaşlarına və əlaqəli təşkilatlara qarşı sanksiyaları genişləndirəcəyini gözləyirlər.

Teleqraf xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, belə bir ssenarinin yaxın gələcəkdə reallaşacağı gözlənilir. Mümkün tədbirlər sırasında viza və maliyyə məhdudiyyətləri, eləcə də BCM-yə üzv ölkələrə təzyiqlərin artırılması göstərilir.

Qeyd edək ki, Vaşinqton avqustun 18-də BCM-nin sədri Tomoko Akane və məhkəmənin yüksək vəzifəli prokuroru Abdulay Seyeyə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi həmin tarixdə BCM ilə bağlı yeni sanksiya qərarlarının qəbul edildiyini rəsmən açıqlayıb.